Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəbi

Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəbi

Hazırda oxunan: Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəbi
618303
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illərdə elektromobillərin sürətlə yayılması ilə yanaşı, bəzi sürücülər və sərnişinlər arasında bu avtomobillərdə yaranan narahatlığın elektromaqnit şüalanma ilə əlaqəli olub-olmaması barədə suallar da artır.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, mütəxəssislər elektromobillərdə mövcud olan elektromaqnit sahələrinin beynəlxalq təhlükəsizlik standartları çərçivəsində saxlanıldığını və onların insan sağlamlığına zərər verdiyini təsdiqləyən etibarlı elmi sübutların olmadığını bildirirlər.

Ekspertlərin sözlərinə görə, bəzi sərnişinlərdə müşahidə olunan ürəkbulanma və ya narahatlıq hissi daha çox avtomobilin səssiz işləməsi, ani sürətlənməsi və hərəkət xüsusiyyətləri ilə bağlıdır.

Bu zaman beyin, göz və daxili qulaqdan gələn siqnallar arasında uyğunsuzluq yarana bilər ki, bu da hərəkət xəstəliyinə bənzər əlamətlərə səbəb olur.
 

Araşdırmalar göstərir ki, elektromobillərdə yaranan elektromaqnit sahələri gündəlik istifadə olunan bir çox elektron cihazın yaratdığı səviyyələrlə müqayisə edilə bilən həddədir və normativ limitlər daxilindədir.


Mütəxəssislər qeyd edirlər ki, elektromobillərlə bağlı sağlamlıq narahatlıqları barədə yayılan məlumatların bir hissəsi elmi faktlarla təsdiqlənmir və bu mövzuda etibarlı mənbələrə istinad etmək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO