Xankəndi şəhərində yağış sularının toplanması və axıdılmasını təmin edəcək yeni kollektor sisteminin yaradılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov Qarabağa təşkil olunan mediatur çərçivəsində jurnalistlərə məlumat verib.
O bildirib ki, hazırda layihənin hazırlanması istiqamətində işlər davam etdirilir.
M.Adıgözəlovun sözlərinə görə, şəhərdə həyata keçirilən su təchizatı və kanalizasiya infrastrukturunun yenilənməsi layihələri çərçivəsində yağış sularının idarə olunması sistemi də müasir tələblərə uyğun şəkildə yenidən qurulacaq.
Qeyd edək ki, layihənin reallaşdırılması yağış sularının şəhər ərazisində daha səmərəli şəkildə idarə olunmasına imkan verəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:04 / 04.06.2026
Xankəndidə yenilik: Yağış suları üçün müasir kollektor sistemi qurulur
Hazırda oxunan: Xankəndidə yenilik: Yağış suları üçün müasir kollektor sistemi qurulur
Hazırda oxunan: Xankəndidə yenilik: Yağış suları üçün müasir kollektor sistemi qurulur
617172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































