Bu məhsul ürək və yuxuya faydalıdır

Bu məhsul ürək və yuxuya faydalıdır

Hazırda oxunan: Bu məhsul ürək və yuxuya faydalıdır
615979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ürək sağlamlığı və yaxşı yuxu üçün vacib olan maqnezium ən çox çiy toxumlarda, xüsusilə, balqabaq və günəbaxan tumlarında olur.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı nutrisoloq Olqa Yablokova bildirib.

Mütəxəssis qeyd edib ki, bu toxumlar təkcə maqneziumla deyil, həm də sink, E vitamini və faydalı yağlarla zəngindir.
 

Onun sözlərinə görə, tumlar qovrulduqda maqneziumun təxminən 30 faizi itir, yağlar oksidləşir və faydalılığını azaldır. Eyni zamanda vitaminlər və antioksidantlar da parçalanır, yüksək temperatur nəticəsində isə akrilamid kimi zərərli maddələr yarana bilər.


Mütəxəssis vurğulayıb ki, çiy tumlar bu mənfi xüsusiyyətlərdən azaddır və daha faydalı hesab olunur. Onların gündəlik 20-30 qram miqdarında, yeməklərə əlavə edilərək və ya yağsız şəkildə yüngül qurudularaq qəbul edilməsi tövsiyə olunur.

Eyni zamanda qeyd olunub ki, tumlar mədə-bağırsaq və öd kisəsi xəstəlikləri olan insanlar üçün uyğun olmaya bilər, çünki kəskinləşməyə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO