Bakı metropolitenində hərəkət qrafiki DƏYİŞDİRİLƏCƏK

Bakı metropolitenində hərəkət qrafiki DƏYİŞDİRİLƏCƏK

Hazırda oxunan: Bakı metropolitenində hərəkət qrafiki DƏYİŞDİRİLƏCƏK

615305

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 

Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.


Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək. Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.

Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO