Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hazırda oxunan: Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO
606905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb. Məsələn, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə dönə bilərlər.

Bunun üçün "Yol verməklə dönmək olar" nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.

Bizim.Media xəbər verir ki, “Baku TV” sözügedən məsələ ilə bağlı sürücülər arasında sorğu keçirib. Onların çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.
 

"Nişanı görmüşəm. Amma adam dönməyə ürək etmir", "Birinci dəfədir görürəm. Belə nişanın olduğunu bilmirdim", - deyə sürücülər məsələyə münasibət bildiriblər.


Paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir. Lakin bir çox sürücü bundan məlumatsızdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO