Zəfər yolunu buz bağladı, köməksiz qalan vətəndaşlar xilas edildi - FOTO

Zəfər yolunu buz bağladı, köməksiz qalan vətəndaşlar xilas edildi - FOTO

Hazırda oxunan: Zəfər yolunu buz bağladı, köməksiz qalan vətəndaşlar xilas edildi - FOTO
599104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən “MERCEDES” markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.

Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “CHEVROLET” markalı minik avtomobilinin hərəkəti təmin edilib.

 

Zəfər yolunu buz bağladı, köməksiz qalan vətəndaşlar xilas edildi - FOTO - foto 1
Zəfər yolunu buz bağladı, köməksiz qalan vətəndaşlar xilas edildi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO