Səfər Əbiyev və İsa Nəcəfovla bağlı ittihamlara cavab gəldi...

Səfər Əbiyev və İsa Nəcəfovla bağlı ittihamlara cavab gəldi...

Hazırda oxunan: Səfər Əbiyev və İsa Nəcəfovla bağlı ittihamlara cavab gəldi...

59895

Bugünlərdə bir sıra saytlarda sabiq müdafiə naziri Səfər Əbiyev və Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovla bağlı dövriyyəyə növbəti dəfə dezinformasiyalar buraxılıb. Həmin informasiyalarda guya İsa Nəcəfovun sabiq nazirlə birləşərək Bakı Əyirici-Toxucu fabrikində külli miqdarda dövlət vəsaitini mənimsədiyi faktı öz əksini tapıb.

Moderator.az məlumatı dəqiqləşdirmək məqsədilə apardığı araşdırma zamanı iddiaların həqiqəti əks etdirmədiyini müəyyənləşdirib. 

Qeyd edək ki, həmin informasiyanın üslubu və məntiqi bu yazının sırf sifariş xarakter daşıdığı barədə əvvəlcədən kifayət qədər ciddi şübhələr yaradırdı. Belə ki, guya adı çəkilən fabrikin bir qrup əməkdaşı tərəfindən göndərilən məktubda ilk öncə vaxtilə Müdafiə Nazirliyində aparılan ərzaq tenderindən danışılır. Sual oluna bilər: əgər söhbət Əyirici-Toxucu Fabrikində baş verənlərdən gedirsə, onda fabrik əməkdaşları ərzaq tenderi ilə bağlı informasiyaları haradan alıb?.. Yaxud, ərzaq tenderinin “toxucu”lara nə dəxli var! Ümumuyyətlə, yazıda şübhə doğuran kifayət qədər ciddi məqamlar onu göstərirdi ki, bütün bunlar məlumatın sırf sifarişli olması haqqında düşünməyə əsas versin.

Moderator.az-ın araşdırması zamanı yuxarıda qeyd olunanlar adıçəkilən şəxslərin yaxın ətrafı tərəfindən də etirazla qarşılandı və onlar bunun xüsusi sifariş olduğunu vurğuladılar. Mənbənin bildirdiyinə görə, yalan və böhtan əsasında qələmə alınmış bu yazı  ulu öndərimizə və dövlət rəhbərinə sədaqətlə xidmət edən bu şəxslərin ictimai nüfuzunu aşağılamaq məqsədi daşıyır və qətiyyən həqiqəti əks etdirmir. Bu cür yazıların təxribat xarakterilə dövriyyəyə buraxıldığını qeyd edən mənbə onu da bildirdi ki, bəzi adamlar ancaq ölkədə su bulandırmaqla məşğuldurlar. Məhz bu üzdən, dövlətin və dövlətçiliyimizin möhkəmlənməsində xidmətləri olmuş şəxslərə qarşı şər-böhtan atmaq ürək bulandırır və təəssüf doğurur. Sonda mənbə onların bu yolla heç nəyə nail ola bilməyəcəklərini də qeyd etdi: "Çünki xalq kimin kim olduğunu yaxşı bilir”¦"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO