Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il "Azərxalça" ASC-də apardığı nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntuları aşkar edilib.
Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya, təqaüd və müavinətlər artıq hesablanıb
Məlumatda deyilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.
Bizim.Media