Yevlaxda dəm qazından zəhərlənənlərin SON DURUMU

Yevlaxda dəm qazından zəhərlənənlərin SON DURUMU

Hazırda oxunan: Yevlaxda dəm qazından zəhərlənənlərin SON DURUMU
592079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Yevlax rayonunda bir ailənin beş üzvü - ata, iki oğul və iki nəvə dəm qazından boğulub. Ailə başçısı - 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov dünyasını dəyişib.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 22.01.2026-cı il tarixində saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.

Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Onu da qeyd edək ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində baş verib.

Yaxınlarının verdiyi məlumata görə ailə həmin evi təzə alıb və dünən köçüb.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO