Bakıda ŞOK: Bir gecədə 17 ədəd mobil telefon oğurladılar - VİDEO

Bakıda ŞOK: Bir gecədə 17 ədəd mobil telefon oğurladılar - VİDEO

Hazırda oxunan: Bakıda ŞOK: Bir gecədə 17 ədəd mobil telefon oğurladılar - VİDEO
588922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar. Bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.

 

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov müəyyən olunaraq saxlanılıblar.


Həmin şəxslər mağazaya daxil olmamışdan əvvəl kameralara düşməmək üçün obyekti elektrik enerjisi ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar. Buna baxmayaraq onların əməli anbaan lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO