
- A-
- A
- A+
Cəmiyyət
11:51 / 14.01.2023
2 dəq oxunma
AQTA qəhvəyi mərmər bağacığının yayılması ilə bağlı iclas keçirib
Hazırda oxunan: AQTA qəhvəyi mərmər bağacığının yayılması ilə bağlı iclas keçirib
586005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin ilk iclası Balakən rayonunda təşkil olunub.
Bu barədə AQTA-dan məlumat verilib.
İclasın keçirilməsində məqsəd müvafiq sərəncamla təsdiq olunan “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi fəaliyyətinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin koordinasiyalı icrasını təşkil etməkdən ibarətdir.
İclasda AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
İclasda müvafiq sərəncama uyğun olaraq, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub və Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasını təşkil etməyin vacib olduğu vurğulanıb. Qonşu ölkələrdə bitkiçilik təsərrüfatlarında məhsuldarlığı azaldaraq iqtisadiyyata külli miqdarda ziyan vuran zərərvericinin Azərbaycanda yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında görülməsinin zəruri olduğu önə çəkilib.
Həmçinin iclasda vurğulanıb ki, müvafiq sərəncama uyğun olaraq, bitki və bitkiçilik məhsullarının, eləcə də meşə fondunun qəhvəyi mərmər bağacığından mühafizəsi və ona qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçiriləcək. Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti bitki mühafizəsi və zərərvericiyə qarşı mübarizə tədbirlərinin operativ şəkildə həyata keçirilməsi məqsədilə tələbata uyğun zəruri vasitələrin mərhələli şəkildə alınmasını da təmin edəcək. Eləcə də Aqrar Xidmətlər Agentliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə gömrük-sərhəd buraxılış məntəqələrində və yük qatarlarında qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılmasını təşkil edəcək.
Regional Əlaqələndirmə Mərkəzinin nümayəndələri Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin dezinfeksiya sahəsinə də baxış keçirib, yaradılan infrastrukturla tanış olub və müvafiq göstərişlər veriblər.
Sonda aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Regional Əlaqələndirmə Mərkəzinin iclaslarının mütəmadi keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin Qərargahı yaradılıb. Qərargah daimi əsaslarla fəaliyyət göstərəcək və görülən bütün tədbirlərin məlumatları Qərargahın elektron bazasında yerləşdiriləcək. Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumları tərəfindən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri də həyata keçirilir. Hazırda zərərvericinin yayıldığı ərazilərdə əhalinin maarifləndirilməsi üçün təbliğat-təşviqat işləri aparılır, bukletlər paylanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən























































































