Sahil Babayevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA – “Gələn il...”

Sahil Babayevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA – “Gələn il...”

Hazırda oxunan: Sahil Babayevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA – “Gələn il...”
583491
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Fiskal və makroiqtisadi dayanıqlılığın növbəti bir göstəricisi olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-dəki payı məsələsidir. Növbəti ildə bu kəsrin nisbəti cəmi 19 faiz olacaq. Bu, cari ildəki rəqəmlə müqayisədə 3,4 faiz üzərində azalma deməkdir.

2029-cu ilin sonuna ardıcıl olaraq sözügedən siyasəti tətbiq edərək bu rəqəmi 13 faizə qədər azaltmağı planlaşdırırıq. Bunun özü də növbəti bir göstəricidir ki, biz qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinin gəlirlərinin təmin olunmasına, onun kəsrinin azaldılmasına və beləliklə neftdən asılılığın daha da aşağı salınmasına istiqamətlənən siyasət həyata keçiririk”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Neftin qiyməti cari il üçün 70 dollar olaraq müəyyən olunub. 10 ayın göstəricisinə görə, orta rəqəmimiz 72 dolların üzərində idi. Növbəti il üçün orta göstəricimiz 65 dollar olaraq müəyyən olunub. Bu rəqəm müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən proqnozların əsasında formalaşıb. Vurğulamaq lazımdır ki, bu rəqəm “Azeri Light” neftinin ixrac qiymətidir.

Normalda onun ixrac qiyməti “Brent”lə müqayisədə təqribən 2,5-3 dollar arasında premiumla satılır”, - deyə nazir vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO