“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO

Hazırda oxunan: “Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO
583467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərfəli mobil operator “Nar” “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” adlı konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib.

Tədbir Azərbaycan Milli QHT Forumu və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib.

Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil edilən konfransda “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova şirkətin KSM yanaşması, QHT-lərlə əməkdaşlıq mexanizmləri və layihələrin monitorinqi ilə bağlı təqdimatla çıxış edərək gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
 

Qeyd edək ki, “Nar” KSM fəaliyyətini uzunmüddətli sosial dəyər yaratmağa yönəlik strateji istiqamət kimi inkişaf etdirir. Mobil operator inklüzivlik, təhsilin inkişafı, milli-mədəni irs və vətənpərvərlik sahəsində davamlı layihələrə dəstək verir, regionlarda sosial təşəbbüslərin genişləndirilməsinə xüsusi önəm göstərir. Şirkət QHT-lərlə əməkdaşlığı sosial layihələrin daha səmərəli həyata keçirilməsi üçün mühüm tərəfdaşlıq modeli kimi dəyərləndirir.


Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO - foto 1
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO - foto 2
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO - foto 3
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO - foto 4
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO