BQXK-nın daha üç avtomobili Xankəndi yolunda maneəsiz hərəkət edib - YENİLƏNİB + FOTO

BQXK-nın daha üç avtomobili Xankəndi yolunda maneəsiz hərəkət edib - YENİLƏNİB + FOTO

Hazırda oxunan: BQXK-nın daha üç avtomobili Xankəndi yolunda maneəsiz hərəkət edib - YENİLƏNİB + FOTO

581318
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə (BQXK) məxsus daha üç avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
 
Nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
 
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

08:48
 
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 ədəd minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
 
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
 
Belə ki, həmin avtomobil Xankəndindən Laçın istiqamətinə keçib.
 
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO