Külli miqdarda narkotik aşkarlandı

Külli miqdarda narkotik aşkarlandı

Hazırda oxunan: Külli miqdarda narkotik aşkarlandı

5795

Lənkəranda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bizim.Media verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sütəmürdov kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 705 qram tiryək, 100 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Bundan başqa, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov tutulub.

Şəxsi axtarış zamanı ondan 262 qrama yaxın heroin, 7 qrama yaxın tiryək, 5 qrama yaxın marixuana və 4 qrama yaxın metadon həbi, yaşadığı evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın tiryək, metamfetamin, 15 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO