İndicə Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində yanğın baş verib. İş adamı Ağamirzə Əhədova məxsus ticarət obyektində baş verən yanğının söndürülməsinə FHN-nin yanğlnsöndürmə briqadaları cəlb olunub.
Xatırladaq ki, “Karvan” Ticarət Mərkəzi 2013-cü ildə yanıb və yalnız bir neçə ay bundan öncə alqı-satqı mərkəzinin təmirinə başlanılıb, habelə birinci mərtəbədəki bəzi obyektlər istifadəyə verilib.
Məlumat üçün qeyd edək ki, saytımız elə bu gün günorta saatlarında ticarət mərkəzində aparılan təmir işlərinə toxunub, təmir-bərpa prosesi zamanı təhlükəsizlik qaydalarına riayyət edilmədiyinə diqqət çəkib. (//moderator.az/?xeber=57539)

































































































