Anar Bağırov: “Vəkillərin sayı azdır, artırılmalıdır”

Anar Bağırov: “Vəkillərin sayı azdır, artırılmalıdır”

Hazırda oxunan: Anar Bağırov: “Vəkillərin sayı azdır, artırılmalıdır”
574591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, vəkillərin sayı artırılmalıdır:
 

"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar, lakin vəkillərin sayı yenə də bizi tam qane etmir.


Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır. Bu məsələnin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO