Cəbhə bölgəsində yaralanan mülki şəxs evə buraxılıb.
“Qafqazinfo”nun məlumatına görə, iki gün bundan əvvəl Tərtərin Qapanlı kəndində ermənilərin açdığı atəş nəticəsində yaralanan Alqayıt Quliyevin vəziyyəti yaxşılaşıb. Ayağından güllə yarası alan 31 yaşlı gənc xəstəxanadakı 3 günlük müalicədən sonra evə göndərilib. O, müalicəsini evdə davam etdirəcək.
Qeyd edək ki, yaralı bir neçə gün bundan əvvəl cəbhə xəttində vurulan traktoru ərazidən çıxarmaq istəyərkən düşmən gülləsinə tuş gəlib, Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi.





































































































