Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Təhsil Nazirliyindən müəllimlərlə bağlı YENİLİK
Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” də yeni redaksiyada təsdiq edilib.
Bizim.Media