Qazaxda qadın sirkə turşusundan zəhərlənib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. 25 yaşlı M. Aliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının hansı səbəbdən sirkə turşusunu içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media