Tanışını döyüb öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Tanışını döyüb öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Tanışını döyüb öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA 

53646

Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin cinayət üzrə məhkəməsi başlayır.

Bizim.Media xəbər verir ki, cinayət işi yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.İş hakim İlham Mahmudovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

2021-ci ildə kimlər HƏBSƏ girdi? – Oğurlanan pullar və AĞIR CİNAYƏTLƏR


Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci təvəllüdlü H.Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı 1994-cü il təvəllüdlü Hüseyn Hüseynova müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib.

Zərərçəkmiş almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

H.Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO