Prokurorluq Kəlbəcərdə minaya düşən əsgərlə bağlı məlumat yaydı

Prokurorluq Kəlbəcərdə minaya düşən əsgərlə bağlı məlumat yaydı

Hazırda oxunan: Prokurorluq Kəlbəcərdə minaya düşən əsgərlə bağlı məlumat yaydı

53629

Baş Prokurorluğun Mətbuat xidməti minaya düşən əsgərlə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki,  Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə Prokuroluğa məlumat daxil olub.  

Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.  

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO