Bakıda 20-ə yaxın avtobus tıxacda qaldı

Bakıda 20-ə yaxın avtobus tıxacda qaldı

Hazırda oxunan: Bakıda 20-ə yaxın avtobus tıxacda qaldı

50727

Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
 

Məlumatda qeyd edilib ki, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında ləngimələr var.


Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir. 

Nəticədə Yusif Səfərov - Bakı metropoliteninin “28 May” stansiyası, eləcə də Koroğlu Rəhimov küçəsi - “Gənclik” metro stansiyası istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO