Bakı sakinindən 3 kiloqram narkotik maddə götürüldü - FOTO

Bakı sakinindən 3 kiloqram narkotik maddə götürüldü - FOTO

Hazırda oxunan: Bakı sakinindən 3 kiloqram narkotik maddə götürüldü - FOTO

50177

Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 3 kiloqram narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib.

Üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb.

O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO