DIN-nin təşəbbüsü ilə tolerantlığa dair tədbir keçirilib

DIN-nin təşəbbüsü ilə tolerantlığa dair tədbir keçirilib

Hazırda oxunan: DIN-nin təşəbbüsü ilə tolerantlığa dair tədbir keçirilib

49372

Moderator.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans iyulun 4-də Qusar rayonunda keçirilib.

Tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai  Təhlükəsizlik İdarəsinin Profilaktik İşin Təşkili İdarəsinin rəisi, polis polkovniki Əziz Baqişev ölkəmizin dini və milli tolerantlıq baxımından digər dövlətlərə nümunə olduğunu, Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrıseçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə  Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qusar RPŞ-nin rəisi, polis polkovniki Arif Əsədov çıxışında rayon ərazisində  hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, o cümlədən dini etiqad və əqidə azadlığının tam təmin olunduğunu qeyd edib, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Şahid Fərəməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal regional şöbəsinin nümayəndəsi Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə dini icmanın sədri Fəryaddin Rəhimxanov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Nurməmmədov, Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Məcidov və digər şəxslər çıxış edərək, dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO