Yeni nazir müavinindən təyinatı ilə bağlı ilk AÇIQLAMA - FOTO

Yeni nazir müavinindən təyinatı ilə bağlı ilk AÇIQLAMA - FOTO

Hazırda oxunan: Yeni nazir müavinindən təyinatı ilə bağlı ilk AÇIQLAMA - FOTO
49240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və idman nazirinin yeni müavini Mariana Vasilyeva təyinatı barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, bolqarıstanlı mütəxəssis bu barədə “Facebook” hesabında paylaşım edib.

O, Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini vurğulayıb:

“Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm”.

Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyduğunu bildirən Marina Vasileva bu vəzifədə çalışacağı müddətdə ona göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübə və bacarığını var gücü ilə sərf etməyə çalışacağını deyib.

Bizim.Media 

Yeni nazir müavinindən təyinatı ilə bağlı ilk AÇIQLAMA - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO