Şuşada VIII Qlobal Forumunun sonuncu paneli işə başladı - FOTO

Şuşada VIII Qlobal Forumunun sonuncu paneli işə başladı - FOTO

Hazırda oxunan: Şuşada VIII Qlobal Forumunun sonuncu paneli işə başladı - FOTO

45020

Noyabrın 7-də Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, “Mədəniyyətin dəyəri” adlı paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin mədəni irsin iqtisadi baxımdan dəyəri haqqında mühazirə ilə çıxış edib.

O bildirib ki, ətraf mühitin və biomüxtəlifliyin qorunması kimi, mədəni irsin bərpası və qorunmasına qoyulan sərmayələr də böyük dəyərə malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya getdilər


Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Bu gün isə VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısından ibarət nümayəndə heyəti Şuşaya səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO