İsrailin Azərbaycandakı səfirliyi də fəaliyyətini dayandırıb

İsrailin Azərbaycandakı səfirliyi də fəaliyyətini dayandırıb

Hazırda oxunan: İsrailin Azərbaycandakı səfirliyi də fəaliyyətini dayandırıb

43737
İsrail bir neçə gündür ki, bütün ölkələrdəki diplomatik nümayəndəliklərini bağlayıb. Buna səbəb məvaciblərin azlıqlarına etiraz edən  səfirlik əməkdaşlarının tətil etməsidir. 
Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini sual altında qoyub. Onun səfəri may ayı üçün planlaşdırılır. Ekspertlərin sözlərinə görə, bu, 1948-ci ildə yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib, dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində böhrana səbəb olub.

“Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil”, - diplomatlardan biri deyib. İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri “məsuliyyətsizlik” adlandırıb. “Bu, dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik”, - nazir qeyd edib. 

Tətil edənlərin ümumi sayının 1200 nəfər  olduğu deyilir. Onların sözlərinə görə, aksiya müddətsizdir. İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xarici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların üçdə bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar.

Qeyd edək ki, İsrailin Azərbaycanda da səfirliyi də bir neçə gündür ki, fəaliyyətini dayandırıb. Səfirliyin əlaqə nömrələri cavab vermir. Qeyd edək ki, ölkə səhiyyəsinin acınacaqlı durumu səbəbindən vətəndaşların müalicə üçün üz tutduğu ölkələr arasında İsrail də var. Hər il çox sayda xəstə müalicə üçün İsrail klinikalarını seçir. Bildirilir ki, baş verənlər isə ölkədə həmin səfirlikdən viza alınmasını və müalicəyə getməyi çətinləşdirib.
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu da xərçəng xəstəliyi səbəbindən İsraildə müalicə alır. O, müalicə üçün yenidən İsrailə gedib. Əməkdaşımıza bu barədə danışan V.Səmədoğlu deyib ki, hazırda həkim müayinəsindən keçir və İsrailə martın 24-də gedib. Şair sözügedən səfirlik fəaliyyətini dayandırmazdan əvvəl viza ala bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO