"Elmlər Akademiyası" metrostansiyası polis mühasirəsində - fotolar

Hazırda oxunan: "Elmlər Akademiyası" metrostansiyası polis mühasirəsində - fotolar

43150
"Elmlər Akademiyası" metrstansiyasının ətrafı polislər tərəfindən əhatəyə alınıb. 

Reportyorumuzun verdiyi xəbərə görə, polislərin buraya səfərbər olunmasının səbəbi obyektləri bağlanan metro ticarətçilərinin Meropoliten İdarəsinin binası qarşısında planlaşdırdıqları aksiya ilə bağlıdır.

Dünəndən bəri etiraza qalxan ticarətçilərin bu və ya digər məkanlarda aksiya keçirəcəkləri barədə söz-söhbətlər dolaşır və polis qüvvələri ehtimal olunan aksiya məkanlarının hamısını nəzarətdə saxlayır.

Reportyorumuz bildirir ki, aksiyada saxlanası şəxsləri polis bölmələrinə daşımaq üçün avtobuslar da gətirilib. Ancaq hələ ki, aksiya iştirakçıları görünmür. 

Müxbirimizin verdyi xəbərə görə, etiraz edən ticarətçilər Prezident Administrasiyasına gediblər və hazırda onları nümayəndələri səlahiyyətli şəxslərdən biri ilə görüşdədirlər.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO