Sabahdan universitetlər AÇILIR 

Hazırda oxunan: Sabahdan universitetlər AÇILIR 

39074

Sabah - sentyabrın 29-da Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetlərdə yeni dərs ili başlayır. 

Bizim.Media xəbər verir ki, tədris bəzi istisnalar olmaqla əyani formada həyata keçiriləcək. 

Tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək. 

Qeyd edək ki, orta məktəblərin ibtidai (I-IV) siniflərində dərslər sentyabrın 22-də başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO