Abşeron rayonunda partlayış baş verib - FOTO

Abşeron rayonunda partlayış baş verib - FOTO

Hazırda oxunan: Abşeron rayonunda partlayış baş verib - FOTO

3791

Bizim.Media xəbər verir ki, hadisə Xırdalan şəhərindəki Yüngül Konstruksiyalar Zavodunda baş verib.

Zavod fəaliyyət göstərmədiyindən onun ərazisində məcburi köçkün ailələri məskunlaşıbmış. İlkin məlumata əsasən, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib.

Belə ki, keçmiş zavodun beton tavanı uçaraq "Mitsubishi" və "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib.

Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yanğının qarşısı alınıb.

Abşeron RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq ərazidəki iki avtomobil zavodun çökən tavanının altında qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO