Türkiyənin baş naziri Ərdoğanın elan elədiyi
Demokratikləşmə Paketi və kürdlərin ana dilində tədrisinə yaşıl işıq yandırması
qardaş ölkədə olduğu kimi Azərbaycanda da diqqətlə izlənməkdədir. Ancaq
maraqlıdır ki, Türkiyədə yaşayan kürdlər artıq Ərdoğanın səmimiyyətinə
inanmırlar və ondan daha ciddi qərarların qəbulunu gözləyirlər. Türkiyədən və
İraqdan yenicə səfərdən qayıtmış “Diplomat” qəzetinin kürd əsilli baş redaktoru
Tahir Süleyman da soydaşlarının Demokratikləşmə Paketindən o qədər də çox şey gözləmədiyini
bildirib: “Ötənlərdə bir neçə dəfə belə cəhdlər olub və yalnız kağız üzərində
qalıb. “Kürd Açılımı” məsələsində də Ərdoğan hökuməti verdiyi vədinə sonadək
sadiq qalmadı və bu prosesin də uğursuzluğa düçar olacağı ehtimalı böyükdür.
Türkiyədə yaşayan kürdlər belə hesab edir ki, əgər Türkiyə hökuməti bu münaqişəni
köklü və birdəflik həll etmək istəyirsə İraqda kürdlərə verilən özünüidarəetmədən
nümunə götürsün. Yoxsa bu cür cəhdlərin gözlənilən nəticəni verəcəyinə kürdlər
o qədər də olumlu yanaşmırlar.”
Moderator.az
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 01.10.2013
Kürdlər Ərdoğandan narazı qalıb
Hazırda oxunan: Kürdlər Ərdoğandan narazı qalıb
Hazırda oxunan: Kürdlər Ərdoğandan narazı qalıb
34608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































