Polisi döyən deputat İntizam komissiyası QARŞISINDA – Onun mandatına xitam veriləcəkmi?

Hazırda oxunan: Polisi döyən deputat İntizam komissiyası QARŞISINDA – Onun mandatına xitam veriləcəkmi?

30849

Hazırda Milli Məclisin İntizam komissiyasının iclasında polisə xəsarət yetirən millət vəkili Eldəniz Səlimovun məsələsinı baxılır.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, iclasda komissiya üzvləri ilə yanaşı, deputatın özü də iştirak edir. 

Deputatlar toplantıda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatı müzakirəyə edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan polisi döyən deputatla bağlı AÇIQLAMA


Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO