Naxçıvanda daha bir əcaib qadağa: Uşaqlara “Vasif” adı qoymaq olmaz...

Naxçıvanda daha bir əcaib qadağa: Uşaqlara “Vasif” adı qoymaq olmaz...

Hazırda oxunan: Naxçıvanda daha bir əcaib qadağa: Uşaqlara “Vasif” adı qoymaq olmaz...

30625

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov haqqında cəmiyyətdə lətifələrin dolaşdığı, qeyri-adi davranışlarıyla hər kəsin heyrətlənməsinə səbəb olduğu yenilik deyil.

 

Moderator.az-a mətbuatda “Naxçıvan “xan”ı kimi ad çıxarmış Vasif Talıbovun daha bir orijinal qərarı bəlli olub. Sən demə, artıq xeyli müddətdir ki, muxtar respublikada yeni doğulan oğlan uşaqlarına Vasif adı verilməsinə qadağa qoyulub.

 

Üstəlik, o da bəlli olub ki, muxtar respublikanın müvafiq qurumlarına, incəsənət ustalarına, tanınmış müğənnilərə “Qalmaz belə, qalmaz dünya” mahnısının oxunması da yasaq edilib və buna cəhd edənlərin ciddi şəkildə cəzalandırılacağı bildirilib.

 

Neynəmək olar, görünür, bu yazını oxuyan hər kəs Vasif Talıbovun belə addımına istər- istəməz “qalmaz belə, qalmaz dünya” deməkdən özünü saxlaya bilməyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO