21 azərbaycanlı tələbə oxumaq üçün Çinə gedəcək - RƏSMİ

21 azərbaycanlı tələbə oxumaq üçün Çinə gedəcək - RƏSMİ

Hazırda oxunan: 21 azərbaycanlı tələbə oxumaq üçün Çinə gedəcək - RƏSMİ

29714

21 nəfər Azərbaycan Respublikası vətəndaşı 2021/22-ci tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.  

Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 21 nəfər bu ölkənin “Beijing Institute of Technology”, “Shanghai University”, “Peking University”, “Xi'an Jiaotong University”, “Tsingua University”, kimi ali təhsil müəssisələrində kompüter elmləri, beynəlxalq münasibətlər, təhsil, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (12 nəfər)  və doktorantura (4 nəfər) səviyyələri üzrə  təhsil alacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO