Avtomobilində narkotik gəzdirən Lənkəran sakinini davranışı ələ verdi

Avtomobilində narkotik gəzdirən Lənkəran sakinini davranışı ələ verdi

Hazırda oxunan: Avtomobilində narkotik gəzdirən Lənkəran sakinini davranışı ələ verdi

29113

Lənkəranda şübhəli hərəkətlər edən sürücüdən narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər.

Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F. Salayev olduğu müəyyən edilib.

Avtomobilə keçirilən baxış zamanı əl çantasından 1 bükümdə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO