"Cəfər müəllim kimilərə qarşı bu kampaniya ölkəni uçuruma aparanların sifarişidir"

Hazırda oxunan: "Cəfər müəllim kimilərə qarşı bu kampaniya ölkəni uçuruma aparanların sifarişidir"

267534
Son günlərdə Müxalifet.az saytında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov barədə yazılan yazılar təəccübümə səbəb oldu. Son yazının adı isə belə idi: “CƏFƏR CƏFƏROV ABEL MƏHƏRRƏMOVUN "YOLU" İLƏ GEDİR - Rektor hansı məmura arxalanır...”. Bu yazıda yazılanlar da reallıqdan tamamilə uzaqdır. Bu statusumda mən Cəfər müəllim haqqında çox şey yaza bilərm. Yaza bilərəm ki, demokratik insandır, savadlıdır, praqmatik insandır. Bunlar öz yerində. Amma burada bir məsələ var: Cəfər müəllim bu iqtidarda ən böyük yenilikçilərdən biridir. Əslində, ona qarşı hücum ölkə başçısının atmaq istədiyi islahatlara qarşı hücumdur. Ölkə başçısı onu bu Universitetə təyin edəndə də onun islahatçı xarakterini nəzərə alıb, görə biləcəi işlərə görə qərar vermişdi. Bildiyimə görə, Cəfər müəllim bu Universitetə hətta gəlmək istəmirdi. Çünki bu Universitetdə elə sistem fəaliyyət göstərirdi ki. burada islahat aparmaq ciddi maneələrlə üzləşəcəkdi. Burada hökm sürən sistem qoc-qoca olmaqla müəyyən qrupların maraqlarına xidmət edirdi. Belə də oldu. Cəfər müəllim bura təyin olunandan qısa müddət sonra vəziyyətin nə qədər ağır durumda olduğunu gördü. Həyata keçirdiyi islahatlar nəticə verməyə başlaynda bu cür hücumlar təşkil olundu.xa0
Köhnə sistem dirəniş göstərir, göhnə sistem təhsilimizin inkişafına mane olur. Köhnə sistem üçün Elinanın faciəli ölümü daha məqbuldur. Gör hansı günə qalmışıq ki, adi bir məktəblinin başına gətirilən oyunları ölkə başçısı nəzarətə götürür, amma hələ də kimsə həbs olunmur. Köhnə sistem yeni islahatları qəbul etmir. Köhnə sistemin qoruyucuları hələ də mühüm vəzifələrdədir. Müxalifet.az saytı bundan yazsaydı daha yaxşı olardı. Bu sayt araşdırma aparmaq əvəzinə, qərəzli adamların yazılarına yer verir və Cəfər müəllimi himayə edən məmuru axtarır. Cəfər müəllimi bu vəzifəyə ölkə prezidenti təyin edib. Təyin edib ki, burada islahatlar aparsın. Aparmaqda da davam edir. Neçə-neçə tanıdığım alim göstərərəm ki, bu Universitetə imtahan əsasında kimsənin köməyi olmadan müəllim keçibdir. Burada dərs dediyim insan kimi deyə bilərəm ki, hər dəfə mühazirəmdən sonra tələbələrə mənə yaxınlaşıb razılıq edir və bildirirlər ki, “müəllim bizə bu cür mühazirələr deyilməyibdir, nə olar bütün dərsləri siz deyin”. Cəfər müəllim bu cür insanları cəlb etmək istəyirdi.... Köhnə sistem də imkan vermir.
Ölkə başçısının hərəkətlərindən bəllidir ki, ölkəni düşəcəyi uçurumdan xilas etmək üçün islahatlara yön vermək istəyir. Bu mənada Cəfər müəllim kimilərə qarşı bu kampaniya həm də ölkə başçısının atdığı addımlara qarşıdır, ölkəni uçuruma aparanların sifarişidir. Bax, biz bu cür durumla üzləşmişik!!!

Dilavər Əzimli, tarixçi alim, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO