Azərbaycanda yeni xəbər kanalının açılması üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb

Azərbaycanda yeni xəbər kanalının açılması üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb

Hazırda oxunan: Azərbaycanda yeni xəbər kanalının açılması üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb

266559
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında deyib ki, 3 iddiaçı müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri Şuraya təqdim edib.

Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

A.Hacıyev bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib.xa0

Müsabiqəyə sənəd qəbulu martın 11-də başlayıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO