“XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında  XI Azərbaycan Çempionatı keçirildi

“XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempionatı keçirildi

Hazırda oxunan: “XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempionatı keçirildi

265551

03 aprel 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon Gənclər və İdman İdarəsi tərəfindən “XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsi keçirilib.xa0
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Keçirilən oyunda rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən ibarət 11 komanda iştirak etmişdir.xa0
Onlardan I yeri Azərbaycan Turizm və Menecment Universitetinin “Turist”, II yeri rayonun müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən ibarət “Genezis”, III yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Boys of ASAPES” və IV yeri “Bakı Avrasiya” Universitetinin “Avrasiya” komandaları tutmuşlar.xa0
Qalib gələn komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

NÉx99rimanovNÉx99rimanovNÉx99rimanovNÉx99rimanovNÉx99rimanovNÉx99rimanovNÉx99rimanov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO