Zurabişvili azərbaycanlılarla rus dilində danışmaq istəmədi

Zurabişvili azərbaycanlılarla rus dilində danışmaq istəmədi

Hazırda oxunan: Zurabişvili azərbaycanlılarla rus dilində danışmaq istəmədi

263945
Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfəri zamanı bəyan edib ki, ölkədə yaşayan müxtəlif milliyyətlərin nümayəndələrini bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır.xa0

“Georgia Online” nəşri xəbər verir ki, bunu Zurabişvili Qardabani rayonunda əhali görüş zamanı deyib.xa0

O, Gürcüstanın ayrı-ayrı dini mənsubiyyəti olan insanların dinc yaşadığı yer olmasından fəxr etdiyini, bunu dünyanın müxtəlif ölkələrində qürurla bəyan etdiyini bildirib.

“Sizinlə rus dilində danışa bilmərəm, bu, istisnadır. Çünki bu, bizi birləşdirən dil deyil”, - deyə Zurabişvili vurğulayıb.xa0

Gürcüstan prezidenti qeyd edib ki, Azərbaycan dilində bir neçə söz öyrənə bilər, lakin əhali ilə bir dildə danışmaq istəyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO