Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Hazırda oxunan: Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

260280

Laçın rayonunun Zerti kəndində meşəlik ərazidə yanğın davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda yanğınla mübarizə davam edir.

Hadisə çətin coğrafi relyeflə yanaşı, keçmişdə müharibə olmuş ərazidə olduğu üçün yanğınsöndürən briqadaların şəxsi heyyətinin əməliyyat aparmasında müəyyən maneələr yaradır.

Ərazidə mina və partlamamış döyüş sursatının olması ehtimal olunur. Buna baxmayaraq, alovla mübarizə davam etdirilir. Alovun miqyasının geniş olması da gələn məlumatlar içərisindədir.

Bundan başqa yanğın hadisəsi zamanı insan tələfatının olmadığı bildirilir.

Əraziyə FHN ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Müvafiq tədbirlər həyata keçirilir.







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO