Türkiyə Egey dənizi bölgəsindəki beynəlxalq sularda NAVTEX elan edib.
Bizim.Media xəbər verir ki, Türkiyə bu addımı Yunanıstanın oxşar həmləsinə cavab olaraq atıb. Məlumata görə, Yunanıstan 1988-ci ildə imzalanmış Afina sazişinin şərtlərini pozaraq Egey dənizinin beynəlxalq sularında NAVTEX elan edib və hərbi təlimlərə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə PKK terrorçusunu məhv etdi - “Qırmızı bülleten”lə axtarılıb
Qeyd edək ki, Afina sazişinə görə, turizm sezonu hesab edilən 15 iyun-15 iyul tarixlərində Egey dənizininin beynəlxalq sularında təlimlər keçirmək olmaz.
Bizim.Media