Ağdaşda qardaşını öldürən şəxsə HÖKM OXUNDU

Ağdaşda qardaşını öldürən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Ağdaşda qardaşını öldürən şəxsə HÖKM OXUNDU

247937

Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Qalib Musayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Qalib Musayev 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Ağdaş rayonunda baş verib. Qalib Musayev mübahisə nəticəsində qardaşı Mirmehdi Musayevi bıçaqlayaraq qətlə yetirib.

Hadisənin mülk üstündə mübahisə zəminində baş verdiyi bildirilib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO