Deputat metrodan gileyləndi:

Deputat metrodan gileyləndi: "Gərək bir milyon insan boğulsun?!"

Hazırda oxunan: Deputat metrodan gileyləndi: "Gərək bir milyon insan boğulsun?!"

247281
Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə, şikəst, əlil olmasın.

Bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib.xa0

Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır:xa0

“Hökumət hətta, naturallıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. Hökumət bu məsələni həll etməlidir”.xa0

F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır:xa0

“Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu günxa0 milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək bir milyon insan havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılsın və metro tikintisi sürətləndirilsin?!”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO