Demokrat.az 7 YAŞINDA!

Demokrat.az 7 YAŞINDA!

Hazırda oxunan: Demokrat.az 7 YAŞINDA!

238707

Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az xəbər portalının 7 yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, Azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən Demokrat.az-ın əsası 11 mart 2018-ci ildə qoyulub.

Bu gün Demokrat.az ölkənin tanınan media ailəsinin - “Demokrat Media” şirkətinin tərkibində fəaliyyət göstərir.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Fəaliyyət göstərdiyi qısa dövr ərzində peşə prinsiplərinə sadiq qalmağı bacaran portalın artıq öz auditoriyası formalaşıb.

Demokrat.az Media Reyestrindən keçən ilk internet resurslarındandır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərindəndir.

Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.

Bizim.Media olaraq, Demokrat.az kollektivini təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO