Deputatın adından pul yığırlar...

Deputatın adından pul yığırlar...

Hazırda oxunan: Deputatın adından pul yığırlar...

238332
Deputat Çingiz Qənizadənin adından dələduzluq edirlər.xa0

Moderator.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya deputatınxa0 özü məlumat verib.

O qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi ona zəng edərəkxa0 bir nəfər şəxsin Lerik və Göygöl avtovağzallarının rəhbərliyinəxa0 yaxınlaşaraq Məmmədov Cəfərxa0 Muxtar oğlunun adına pul köçürülməsini istəyiblər: “Onlar özlərini mənim təşkilatımın nümayəndəsi kimi təqdim ediblər. Pul yığıb jurnal buraxacaqlarını deyiblər. Təşkilatın da adı “Yol daşıyıcıları” olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalarxa0 Nazirliyindən mənə verilən məlumata görə, həmin şəxsin adı Pərvindir. Əlaqə nömrəsi də 050 677 73 51-dir. Artıq bu nömrəyə bir neçə dəfə yığsam da, telefon söndürülüb. Mən sizin vasitəsilə ictimaiyyətə müraciət edirəm ki, beləxa0 hallarla dövlətxa0 və özəl təşkilatlar qarşılaşsalar,xa0 dərhal o adamları saxlayıb polis orqanlarına təhvil versinlər”.xa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO