Tərtərdə faciəvi QƏZA - Ölən və yaralılar var

Tərtərdə faciəvi QƏZA - Ölən və yaralılar var

Hazırda oxunan: Tərtərdə faciəvi QƏZA - Ölən və yaralılar var
229012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tərtərdə ağır yol qəzası baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə dünən saat 22 radələrində Hümbətli kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi “Belarus 82” markalı traktor Ədalət Həsənəliyevin idarə etdiyi “VAZ 2101” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Jiquli"də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra traktorun sürücüsü Xəqani Aydınov hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO