ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib

Hazırda oxunan: ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib

225763
Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib. Həmçinin tələbələrə QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib. Tədbirin sonunda təşkilatçılar yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, tədbir “Avropa İİV-ə testləşmə həftəsi çərçivəsində baş tutub. Kampaniya çərçivəsində aparılan tədbirlər İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO