İşə qəbulda sınaq müddəti:
  İşçini nə qədər maaşsız işlətmək olar?

İşə qəbulda sınaq müddəti: İşçini nə qədər maaşsız işlətmək olar?

Hazırda oxunan: İşə qəbulda sınaq müddəti: İşçini nə qədər maaşsız işlətmək olar?
224982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bizim müraciət etdiyimiz və ya paylaşılan iş elanlarında sınaq müddətinin olacağı haqqında məlumat da verilir. Sınaq dövrünün müddəti və verilən məbləğ qurumlara görə fərqlənir. Müəssisələr arasında bu müddət bir neçə gün və ya bir həftədən, bir ilə qədər uzana bilir. Ödənişi isə bəzi yerlər verir, bəziləri isə kiçik məbləğ belə vermədən iş tələb edirlər.

Moderator.az xəbər verir ki, Cebhe.info-ya açıqlama verən Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov deyib ki, sınaq müddəti dövründə olan işçi ilə digər işçilər arasında qanunla heç bir fərq olmamalıdır:

"Əmək müqaviləsində işəgötürən 3 aya qədər sınaq müddəti təyin edə bilər. Amma bu sınaq müddəti dövründə işçinin bütün hüquq və bərabərliyi təmin olunmalıdır. Yəni, əməkhaqqı həmin işdə sınaqsız işləyən şəxslərdən az ola bilməz və iş vaxtı da digərləri ilə birgə başlamalı və bitməlidir”.xa0

Bəzən elə hallar ola bilər ki, sınaq müddətinin 3 ay təyin edilməsinə baxmayaraq, işçi 1 həftədən sonra işə götürülərək, sınaq müddəti bitsin. Əgər işəgötürən görsə ki, işçi işi bacarır, bunu edəcək.xa0

Sınaq müddətinin təyin edilməsinin əsas səbəbi tərəflərin hər hansısa birinin bu işə uyğunluğu baş tutmadığı halda daha asan yolla əmək müqaviləsinə xitam verə bilməsidir. Məsələn, işçi görsə ki, bu işə uyğun deyil və ya onu nələrsə narahat edir ərizə yazaraq müddəti bitirə bilər. Həmçinin işəgötürən sınaq müddətində olan şəxsin işindən razı olmasa, ona sınaqdan keçmədiyini izah edib, əmək müqaviləsinə xitam verə bilər. Sınaq müddəti dövründə işçi 1 aylıq ərizə yazıbsa, elə 1 ay ərzində də işləməlidir”.

S.Məmmədov həmçinin praktikada bunun səhv tətbiq edilməsini də qeyd edib. O, bildirib ki, sınaq müddətində qurumun ödəniş etməməsi qanunsuz haldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO