“Sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb” - Nazir

“Sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb” - Nazir

Hazırda oxunan: “Sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb” - Nazir

224926

“Sülh müqaviləsinin layihəsi preambuladan və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər demək olar ki, razılaşdırılıb".

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.

“İki maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Lakin həmin iki maddə üzrə işlər davam edir”, - deyə nazir əlavə edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO